Baydenin mikrofonu SUSDURULDU - Səhnəni tərk etdi - VİDEO
    • 11-09-2023, 15:39
    • 163

Baydenin mikrofonu SUSDURULDU - Səhnəni tərk etdi - VİDEO

Hindistanda keçirilən G20 sammitindən sonra Vyetnama uçan Baydenin orada çıxışı zamanı qəribə məqam yaşanıb. Podiuma çıxanda proqramı çərçivəsində demək olar ki, 5 gündür dünyanı gəzdiyini xatırladan Bayden “Mən yatıram” deyərək zarafat edib.

News24.az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.

Burada yalnız 5 suala cavab verəcəyini bildirən Bayden, "Mən yalnız mənə verilən əmrləri yerinə yetirirəm" dedi. Baydenin sözlərindən qısa müddət sonra mikrofonu kəsilib.  Bayden mikrofonunun kəsilməsinə baxmayaraq çıxışını davam etdirərkən zalda 80-ci illərin caz musiqisi səslənməyə başlayıb.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre araya girərək, "Hər kəsə təşəkkür edirəm. Bununla mətbuat konfransı yekunlaşır"- deyib.

Aydan