Ermənistan ABŞ-la birgə təlimlərə başladı
    • 11-09-2023, 15:51
    • 95

Ermənistan ABŞ-la birgə təlimlərə başladı

ABŞ sülhməramlıları Ermənistan ilə birgə “Qartal tərəfdaşı 2023” təlimlərinə başlayıb.

News24.az xəbər verir ki, ABŞ Ordusunun Avropa və Afrika Komandanlığının sözçüsü bu gün təliminin açılış mərasiminin baş tutduğunu bildirib. 

Məlumata görə, mərasim İrəvan yaxınlığında yerləşən Zar təlim mərkəzində baş tutub. Təlimlərə 85 amerikalı və 175 erməni hərbçisinin cəlb olunduğu dəqiqləşdirilir.

Qumral