Murat Boz Burak Özçivitlə küsülü olmasına aydınlıq gətirdi
    • 13-03-2019, 18:37
    • 1 044

Murat Boz Burak Özçivitlə küsülü olmasına aydınlıq gətirdi

Hazırda Bakıda olan məşhur türk müğənnisi və aktyoru Murad Boz aktyor Burak Özçivitlə küsülü olması xəbərlərinə aydınlıq gətirib.

News24.Az
xəbər verir ki, Boz Burak Özçivitlə küsülü olması ilə bağlı deyilənlərin yalan, hazırda münasibətlərinin qaydasında olduğunu açıqlayıb. Murad Boz qeyd edib ki, “Kardeşim benim 2" filminin təqdimatı zamanı Bakıya gəlməməsinin səbəbi ağır iş qrafiki ilə bağlı olub.

Qeyd edək ki, “Kardeşim benim 2" filminin Bakıdakı qala gecəsinə Burak Özçivitin tək qatılması aktyorların küsülü olduğu xəbərlərinin yayılmasına səbəb olmuşdu.

Teymur MƏMMƏDOV