Gürcüstan bu ölkənin vətəndaşları üçün vizanı LƏĞV ETDİ
    • 11-09-2023, 21:45
    • 581

Gürcüstan bu ölkənin vətəndaşları üçün vizanı LƏĞV ETDİ

Gürcüstan hökuməti bu gündən etibarən ölkəyə səfər edən Çin vətəndaşları üçün viza rejimini ləğv edib.


News24.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili  Nazirlər Şurasının iclasında Çin-Gürcüstan münasibətlərini dəyərləndirən zaman deyib.


"Bildiyiniz kimi, mənim Çinə çox uğurlu səfərim oldu. Çin bu gün dünyanın ikinci iqtisadiyyatıdır, ən güclü iqtisadiyyatlardan biridir və bizim əsas maraqlarımızdan biri Çinlə ticarət-iqtisadi əlaqələri gücləndirmək və daha çox investisiya cəlb etməkdir",-deyə nazir əlavə edib.


Leyla SƏMƏNDƏR