Sülhməramlılar hərbçilərə müdaxilə etdi:
    • 12-09-2023, 11:23
    • 267

Sülhməramlılar hərbçilərə müdaxilə etdi: "TƏDBİRLƏR GÖRÜLƏCƏK"

Cənubi Kiprdə yerləşən BMT sülhməramlıları Şimali Kipr Türk Cümhuriyyəti ərazisində bu ölkənin hərbçilərinə müdaxilə etməyə çalışıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə türk hərbçiləri sərhədə yaxın ərazilərdə alaq otlarını təmizləyərkən baş verib.

Bildirilib ki, mübahisə zamanı BMT sülhməramlılarının Şimali Kipr hərbçilərindən birini vurub.

Şimali Kipr xarici işlər naziri Tahsin Ərtoğruloğlu olaydan sonra BMT-nin Pilə-Yiğitlər yolu ilə bağlı baş verənləri həzm edə bilmədiyi üçün aqressivləşdiyini və belə bir mövqe tutduğunu deyib.

Nazir BMT sülhməramlılarının etdiklərinin qəbuledilməz olduğunu bildirib: “Lazım olanda reaksiyamızı göstərəcəyik. Əmin olun ki, bunlar cavabsız qalmayacaq”.

Məsələ ilə bağlı BMT sülhməramlılarının komandanlığı X sosial şəbəkəsində açıqlama verib:

“Bütün sülhməramlılar ən yüksək standartlara uyğun hərəkət etməyə borcludurlar və öz hərəkətlərinə görə cavabdehdirlər. Hərtərəfli araşdırmadan sonra müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik”.

Ayşən