"Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur" - Politoloq
    • 12-09-2023, 12:27
    • 279

"Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur" - Politoloq

Rusiyanın yük maşının Ağdamdan keçərək Xankəndinə yetişməsi tilsimin qırılması baxımından başlanğıc sayıla bilər, ancaq bu azdır.

News24.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, bu yoldan sadəcə Rusiyaya aid yük maşını keçib, bizim yüklər isə qalıb: “İndi Ermənistan və Qarabağ separatçıları yenə dirənəcəklər ki, “bəs Ağdam-Xankəndi yolu açıldı, Laçın yolu da açılmalıdır”. Birincisi, Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşdüyünü söyləmək tezdir. İkincisi, Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı? Gömrük vergisi ödəmək üçün isə qonşu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması və müvafiq ticarət sazişlərinin imzalanması vacibdir. Bunların heç biri yoxdursa, Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur”.

Akqabay