Çində daşqın və torpaq sürüşməsi: İTKİLƏR VAR
    • 12-09-2023, 21:23
    • 169

Çində daşqın və torpaq sürüşməsi: İTKİLƏR VAR

Çinin Yulin şəhərində güclü yağışın səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 7 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb. 

News24.az xarici mediaya istinadən xəbər verir ki, sel səbəbindən ətrafdakı insanlara evdən çıxmamaları barədə xəbərdarlıq edilib.

Ölkənin cənub və cənub-şərq hissələrinə güclü yağışlar yağacağı bildirilib. 
Günəş Mərd