-
- 13-09-2023, 12:22
- 279
NASA uzaq planetdə "həyat əlamətləri" tapdı
NASA-nın Ceyms Uebb Kosmik Teleskopu Yerdən 1,1 milyard kilometr uzaqlıqda yerləşən K2-18b adlı planetdə “həyat əlamətləri”nin olduğunu göstərən qeyri-müəyyən məlumatlar əldə edib.
News24.az xəbər verir ki,James Webb Kosmik Teleskopu tərəfindən 120 işıq ili uzaqlıqdakı K2-18b adlı planetdə "həyat əlamətləri" ilə bağlı əldə edilən təsdiqlənməmiş məlumatlar Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) komandasını şok edib.
Mütəxəssislər teleskopun planetdə dimetil sulfid (DMS) adlı molekulu təsbit edə biləcəyini və bu molekulun ən azı Yer üzündə yalnız canlılar tərəfindən istehsal olunduğunu bildiriblər.Tədqiqatçılar həmçinin planetin atmosferində metan qazı və karbon qazı (CO2) aşkar ediblər. Bu qazların olması K2-18b-nin okeana sahib olması demək ola bilər.
Aydan