Baş naziri öldürmək istədilər
    • 13-09-2023, 15:37
    • 170

Baş naziri öldürmək istədilər

Finlandiyanın keçmiş baş naziri Sanna Marinin öldürülməsi planlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. 

İfrat sağçı qrupdan olan dörd nəfərin Sanna Marinin qətlini planlaşdırdığı deyilir. Onlar terror aktı törətməkdə, habelə odlu silah hazırlamaqda ittiham olunurlar. Polis axtarışlar zamanı potensial qurbanların, o cümlədən parlament üzvlərinin, antifaşist fəalların və azlıqların nümayəndələrinin siyahısını aşkar edib.

Qeyd edək ki, Sanna Marin 2019-cu ildən Finlandiyanın baş naziri vəzifəsini icra edib. 

Aynurə