“Anlaşılmazlıq var, aradan qaldırmaq olar” - Baş nazirdən Ankaraya isti mesaj
    • 19-05-2022, 23:19
    • 266

“Anlaşılmazlıq var, aradan qaldırmaq olar” - Baş nazirdən Ankaraya isti mesaj

Romada italiyalı həmkarı Mario Draqi ilə görüşən Finlandiya Baş naziri Sanna Marin Türkiyənin ölkəsinin NATO-ya üzvlüyünə münasibəti haqda danışıb.

Xanım baş nazir mətbuat konfransında Türkiyənin narahatlığı ilə bağlı isti mesajlar verib.

Sanna Marin jurnalistin “Türkiyənin NATO-ya üzv olmanıza qarşı çıxmasından narahatsınızmı? Bununla necə məşğul olmaq niyyətindəsiniz?” sualına belə cavab verib:

“Hesab edirəm ki, indiki mərhələdə sakit dayanmaq, Türkiyə və digər üzv dövlətlərlə müzakirələr aparmaq vacibdir.

Bu yolla potensial suallara cavab verə və mümkün anlaşılmazlıqları aradan qaldıra bilərik. Hər bir problem müzakirə ilə və xoş niyyətlə həll olunur.

Əgər hansısa anlaşılmazlıq varsa, bunu düzəltmək lazımdır”./Teleqraf.com/