"Müsahibələrdə iştirak edən uşaqların 9 faizi qeyri-qənaətbəxş cavab verib" - Elçin Kərimov
    • 2-03-2020, 12:53
    • 715

"Müsahibələrdə iştirak edən uşaqların 9 faizi qeyri-qənaətbəxş cavab verib" - Elçin Kərimov

Bu il 105 min nəfərdən çox 5 yaşlı uşaq ümumtəhsil müəssisələrindəki məktəbəqədər təhsil qruplarından birinci sinfə avtomatik şəkildə qəbul olunacaq.

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Yerli təhsil idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov bu gün keçirilən mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, həmin uşaqların 6,8 faizi tədrisi digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarında təhsil alır. Ümumilikdə 7200 uşaq tədrisi digər dillərdə aparılan bölmələr üzrə təhsil alır ki, onların 3500 nəfəri Bakı şəhərinin, qalanları isə regionların payına düşür.

E.Kərimov qeyd edib ki, hazırda tədrisi digər dillərdə aparılan bölmələrdə təhsil alan uşaqların 1-ci sinfə qəbulu üçün respublika üzrə 50-dək müsahibə komissiyaları fəaliyyət göstərir. Bu müsahibə komissiyaları martın 3-də işini yekunlaşdıracaq. Indiyədək müsahiblərdə iştirak edən uşaqların təxminən 9 faizi qeyri-qənaətbəxş cavab verib.

Afaq Mirayiq