Tramp və Maskın Ukrayna planı:
    • 13-09-2023, 16:49
    • 97

Tramp və Maskın Ukrayna planı: "Münaqişəyə son qoymaq üçün..."

“Seçki kampaniyası zamanı ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask Ukrayna münaqişəsinə son qoymaq üçün öz sülh planlarını hazırlayıb təklif edə bilərlər”.

News24.az xəbər verir ki, bu barədə alman politoloqu Aleksandr Rar deyib.

Onun fikrincə, Tramp Moskvaya səfəri zamanı öz təkliflərini səsləndirə bilər.

Ekspert qeyd edir ki, ABŞ-dakı seçkilər Ukraynaya yardıma təsir edir. Beləliklə, respublikaçılar münaqişəyə son qoymağı və diqqəti Çinlə münasibətlərə yönəltməyi müdafiə edirlər. 

Ayşən