-
- 13-09-2023, 18:38
- 339
26 yaşlı futbolçu psixoloq AXTARIR - FOTO
"Tottenhem"in hücumçusu Rişarlson psixoloqun xidmətindən istifadə edəcək.
News24.az apasport.az-a istinadən xəbər verir ki, bunu 26 yaşlı braziliyalı futbolçunun özü açıqlayıb.
Forvard şəxsi həyatında baş verənlərin ona mənfi təsir etdiyini deyib: “Meydanda qrupun xoşbəxt adamıyam, hər kəsə mümkün qədər kömək etməyə çalışıram. Amma meydandan kənarda son 5 ay mənim üçün çətin oldu. İngiltərəyə qayıtdıqdan sonra psixoloqa müraciət etməyi düşünürəm. Bu, mənə daha güclü qayıtmağa kömək edəcək”.
Qeyd edək ki, 2022-ci ildən London klubunda çıxış edən Rişarlson bu mövsüm 5 matçda 1 dəfə fərqlənib.