Garet Beyl yenidən İNGİLTƏRƏYƏ QAYIDIR - TRANSFER
    • 17-09-2020, 15:54
    • 968

Garet Beyl yenidən İNGİLTƏRƏYƏ QAYIDIR - TRANSFER

İspaniyanın “Real” klubunun futbolçusu Qaret Beyl yenidən İngiltərədə çıxış edəcək.

News24.az xəbər verir ki, 31 yaşlı hücumçu sabiq komandası “Tottenhem”lə anlaşıb.

Klublar arasında razılığa əsasən, Uels millisinin üzvü 2020/21 mövsümünü icarə əsasında Premyer Liqa təmsilçisində keçirəcək. Beyl yeni komandasında tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün sentyabrın 18-də Londona yollanacaq.

Qeyd edək ki, Qaret Beyl 2007-2013-cü illərdə “Tottenhem”in heyətində 203 oyun keçirib, 56 qol, 58 məhsuldar ötürmə ilə yadda qalıb. /Apasport/