Paşinyan bu şəxsi vəzifəsindən azad etdi
    • 13-09-2023, 20:48
    • 106

Paşinyan bu şəxsi vəzifəsindən azad etdi

Ermənistanın Probasiya Xidmətinin rəhbəri Gevorq Simonyan vəzifəsindən azad edilib.

News24.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müvafiq qərarı Baş naziri Nikol Paşinyan imzalayıb. 

Qeyd olunur ki, Gevorq Simonyan sentyabrın 15-də vəzifəsindən uzaqlaşdırılacaq.

Xatırladaq ki, Simonyan 2019-cu ildə Probasiya Xidmətinə rəhbər təyin edilib və 2023-cü ilin yanvarında yenidən bu vəzifəyə təyin olunub. 2017-ci ildən 2019-cu ilə qədər Ədliyyə Nazirliyinin Armavir cəzaçəkmə müəssisəsinin rəis müavini olub.

Leyla SƏMƏNDƏR