Paşinyan Dövlət Mühafizə Xidmətinin rəisini istefaya göndərdi
    • 10-09-2023, 00:16
    • 149

Paşinyan Dövlət Mühafizə Xidmətinin rəisini istefaya göndərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Dövlət Mühafizə Xidmətinin rəisi Sarkis Ovannisyanı vəzifəsindən azad edib.

News24.az Report-a istandən xəbər verir ki, bu barədə hökumət başçısı müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, quruma müvəqqəti olaraq rəis müavini Artur Qasparyan başçılıq edəcək.

Xatırladaq ki, S. Ovannisyan bu vəzifəyə bu ilin aprel ayında təyin olunmuşdu.