Nazir polis rəisinə yeni müavin təyin etdi
    • 16-05-2023, 17:01
    • 210

Nazir polis rəisinə yeni müavin təyin etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

News24.az
xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Bayram İlqar oğlu vəzifəsindən azad edilib.

O, nazirin digər əmri ilə Qazax RPŞ-yə eyni vəzifəyə təyin olunub.

Bundan başqa, Şəmkir RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Hüseynov Musa Yusif oğlu vəzifəsindən azad edilib. O, Qazax RPŞ-də eyni vəzifəyə təyinat alıb.