Məşhur müğənnidən şok İDDİA - Yadplanetlilər dişlərimi oğurlayıb...
    • 14-09-2023, 11:21
    • 610

Məşhur müğənnidən şok İDDİA - Yadplanetlilər dişlərimi oğurlayıb...

Rusiyalı müğənni Katya Lel meksikalı ufoloqun nümayiş etdirdiyi yadplanetlilərin əvvəllər onun dişlərini oğurlayanlara çox bənzədiyini bildirib.

News24.az OLAY-a istinadən xəbər verir ki, müğənni ictimaiyyətin tezliklə yad sivilizasiyalar haqqında həqiqəti öyrənəcəyinə ümid etdiyini dilə gətirib. 

"Mən çox şadam ki, proses başlayıb! Çoxlu sayda müxtəlif sivilizasiya var. Yeni kəşflər bizi təəccübləndirməyə başlayır" - deyə sənətçi qeyd edib. 

Lel əlavə edib ki, 16 yaşı olanda oxşar yadplanetlilər onun dişlərini oğurlayıblar.