Paşinyan qadınları "əsgərliyə" GÖNDƏRİR
    • 14-09-2023, 13:24
    • 1 559

Paşinyan qadınları "əsgərliyə" GÖNDƏRİR

Ermənistanda qadınlar könüllü olaraq 6 ay müddətinə hərbi xidmətə cəlb ediləcək.

News24.az xəbər verir ki, bu barədə Ermənistanda qanunlara müvafiq dəyişikliklər edilib.

Ermənistanın müdafiə naziri Suren Papikyan Nazirlər Kabinetinin iclasında qanunu təqdim edib. O bildirib ki, qadınların orduya qəbulu cari ilin qış çağırışın zamanı həyata keçiriləcək. Hərbi xidməti başa vuran qadınlar 1 milyon dram (2 500 dollar) məbləğində ödəniş də alacaqlar.

Aynurə