Ermənistanda qadınların hərbi təlim keçməsinə icazə verildi
    • 13-10-2022, 13:46
    • 324

Ermənistanda qadınların hərbi təlim keçməsinə icazə verildi

Ermənistan Müdafiə Nazirliyi qadınlara hərbi təlim keçmək imkanı da verəcək. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

O, əlavə edib ki, belə bir təklif məktubu ilə bir çox qadın baş nazirə müraciət edib: "Bizdə artıq hazırlanmış proqram var. Nazirlik yaxın vaxtlarda vətəndaşların qadın nümayəndələrinin müvafiq atıcılıq tirlərində qeydiyyatdan keçə və döyüş hazırlığı keçə biləcəyi ilə bağlı açıqlama verəcək. Bu, əlbəttə ki, istəyə bağlıdır. İştirak üçün lazım olan geyimlər, saatlar, hər şey dəqiqləşdiriləcək", - Papikyan əlavə edib. 

Bu barədə Baş nazir Nikol Paşinyan qeyd edib ki, əgər kişilər üçün hazırlıq müddəti 25 gündürsə, qadınlar üçün bu müddət 15 və ya 7 gün müəyyən edilə bilər: "Bunun baş verməsi üçün bütün lazımi şərait yaradılmalıdır. Adekvat infrastruktur da lazımdır". /Unikal/