-
- 14-09-2023, 14:35
- 279
Belarus Baş prokuroru Azərbaycana gəldi - FOTO
Bakıda keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Belarus Respublikasının Baş prokuroru Andrey Şved ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, bu gün Baş Prokurorluqda keçirilmiş görüş zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının Azərbaycan Prezidenti cənab İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun birgə səyləri və siyasi iradələri sayəsində mümkün olduğu qeyd olunub.
Azərbaycan Respublikasının Baş prokuroru ölkəmizdə qanunun aliliyinin təmin olunması və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Andrey Şved təmsil etdiyi qurumun Azərbaycan ilə qarşılıqlı səmərəli əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.