"Real Madrid"in 3 futbolçusu SAXLANILDI
    • 15-09-2023, 09:02
    • 122

"Real Madrid"in 3 futbolçusu SAXLANILDI

İspaniya 1-ci Futbol Liqası (LaLiga) komandalarından biri olan "Real Madrid"in infrastrukturunda çıxış edən 3 futbolçu  seksual xarakterli videoya görə saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə İspan mətbuatı məlumat yayıb. 

Məlumata görə, "Real Madrid" infrastrukturunun üç futbolçusu azyaşlının əks olunduğu seksual xarakterli videonu yaydıqları iddiası ilə İspaniya polisi tərəfindən saxlanılıb.

Futbolçular sentyabrın 6-da azyaşlı qurbanın anası polisə məlumat verməsindən sonra saxlanılıb. 

Klubdan ətraflı məlumat alındıqdan sonra futbolçularla bağlı müvafiq tədbirlərin görüləcəyi qeyd olunub. 
Günəş Mərd