-
- 15-09-2023, 12:19
- 349
Bu tanınmış şəxs dövlətə xəyanətdə ittiham olunur
Ukrayna Ali Radasının Müxalifət Platforması - Ömür Naminə (OPZZ) partiyasından olan deputatı Nestor Şufriç dövlətə xəyanətdə ittiham olunub.
News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Sergey Leşşenko öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Şufriç Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına, dövlət və informasiya təhlükəsizliyinə qəsdən zərər vurmaqda, bir neçə şəxslə ilkin əlbir olaraq Ukraynaya qarşı təxribat fəaliyyətinin həyata keçirilməsində xarici dövlətə yardım göstərməkdə və ya göstərməyə cəhddə şübhəli bilinir.
Aynurə