“Türkiyənin 81 vilayətini zəlzələ zonası kimi qəbul etməliyik”
    • 16-09-2023, 02:01
    • 170

“Türkiyənin 81 vilayətini zəlzələ zonası kimi qəbul etməliyik”

“Ölkə tarixinin ən böyük fəlakəti olan 6 fevral zəlzələlərində gördük ki, strukturların əhəmiyyətli bir hissəsi şiddətli zəlzələyə tab gətirəcək vəziyyətdə deyil”.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, bu fikirləri Türkyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ölkənin zəlzələ xəritəsində müəyyən qırılma xətləri var:

"Uzun illərdir ki, bu xəritələr əsasında zəlzələ ilə bağlı araşdırmalar aparılır. Lakin son vaxtlar zəlzələlərin baş verməməli olduğu bir çox yerlərdə zəlzələlər olur. Ona görə də indi ölkəmizin bütün 81 vilayətini zəlzələ zonası kimi qəbul edib araşdırmalar aparmalıyıq”, - deyə prezident əlavə edib.