-
- 16-09-2023, 11:41
- 306
Əsəd monarxiya yaratmaq istəyir – Vəliəhd də MƏLUMDU...
Suriyadakı rejimin başçısı Bəşər Əsədin idarəetmə formasını respublikadan parlamentli monarxiyaya dəyişmək istədiyi iddia edilir.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin “Elaph” qəzeti məlumat yayıb.
Ailəsinin təhlükəsizliyini təmin etmək istəyən Əsəd parlament monarxiyasına keçmək və hakimiyyətin fasiləsiz oğluna keçməsinə şərait yaratmaq istəyir. 58 yaşlı Suriya diktatorunun iki oğlu, bir qızı var.
Əsəd ölkə idarəçiliyində mühüm vəzifələri həyat yoldaşı Əsma Əsəd və qardaşı Mahir Əsədə həvalə edib.
Suriyanın hakim ailəsinin yüzlərlə ton qızıl və milyardlarla dollar sərvətinin olduğu bildirilir.