TÜRKSAT 6A-nın kosmosa buraxılacağı TARİX AÇIQLANDI
    • 16-09-2023, 23:44
    • 154

TÜRKSAT 6A-nın kosmosa buraxılacağı TARİX AÇIQLANDI

Türkiyənin ilk yerli və milli rabitə peyki TÜRKSAT 6A-nın kosmosa buraxılacağı tarixi açıqlanıb. 

News24.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə,  TÜRKSAT 6A 2024-cü ilin iyununda kosmosa buraxılacaq.

Qeyd edək ki, Space X ilə TÜRKSAT 6A arasında imzalanan buraxılış xidmətlərinin tədarükü müqaviləsi 2021-ci ilin iyulunda qüvvəyə minib. 

Müqavilə üzrə koordinasiyalar nazirliyin tabeliyində olan TÜRKSAT tərəfindən həyata keçirilir.
Günəş Mərd