Çin Tayvana rekord sayda hərbi təyyarə GÖNDƏRDİ
    • 18-09-2023, 09:25
    • 133

Çin Tayvana rekord sayda hərbi təyyarə GÖNDƏRDİ

Çin 24 saat ərzində Tayvana 103 hərbi təyyarə göndərib. 

News24.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarələrin bazar günü səhər saat 6-dan bazar ertəsi səhər saat 6-ya kimi gəldiyi qeyd edilib. 

Departament onu da bildirib ki, ada yaxınlığında Çin təyyarələrinin sayı son vaxtlar rekord həddə çatıb.

Qeyd edək ki, bundan əvvəl Çin sahilyanı Fujian əyaləti ilə Tayvan arasında inteqrasiyanı dərinləşdirmək planını açıqlamışdı. 
Günəş Mərd