Rusiyaya daha bir pis xəbər: yanvarın 1-dən ölkələr..
    • 18-09-2023, 10:47
    • 196

Rusiyaya daha bir pis xəbər: yanvarın 1-dən ölkələr..

Yaxın 3 həftə ərzində G7 ölkələrinin Rusiyadan almaz idxalına qadağa qoyma qərarı açıqlanacaq.

News24.az xəbər verir ki, bu barədə “Yeniakit” məlumat yayıb.

Dünya almaz ticarətində birinci yerdə olan Belçikanın təklif etdiyi qadağa planı çərçivəsində qlobal almaz bazarı dəyişəcək.

Məlumata görə, bu çərçivədə xam və cilalanmış almazları sertifikatlaşdırmaq və rus almazlarını izləmək üçün ortaq bir sistem tətbiq olunacaq.

G7 ölkələri ilə almaz ticarətində giriş məntəqələri və gömrük nəzarəti mərkəzləşdiriləcək.

Bu bazara yalnız sertifikatlı və Rusiyadan kənardan gələn brilyantlar çıxış əldə edəcək. Beləliklə, Rusiyanın almazdan əldə etdiyi gəlir azalacaq.

Rusiya dünyanın ən böyük kobud almaz istehsalçısıdır. Rusiyanın almaz ixracından hər il 4 milyard dollar gəlir əldə etdiyi təxmin edilir.

Dünyadakı kobud almazların 80 faizindən çoxu Belçikanın Antverpen şəhərində satılır.

Almazların 90 faizi Hindistanda emal olunur.

Ayşən