Şəmkir-Tovuz yolunda "atəşkəs pozuldu"
    • 18-09-2023, 10:46
    • 574

Şəmkir-Tovuz yolunda "atəşkəs pozuldu"

Şəmkir-Tovuz yolunda maraqlı və qorxulu təbiət hadisəsi baş verib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, qərb bölgəsində ildırımın şiddətli çaxması hər kəsin təəccübünə səbəb olub. İldırım fasiləsiz, dəqiqələrlə çaxıb. Bu səsi eşidən insanlarda belə təəssürat yaranıb ki, yayılım atəşi açılır. Lakin sonra anlaşılıb ki, bu vahiməli səs ildırım çaxmasının səsidir. İldırımın elə şiddətli çaxması yoldan keçən avtombillərin, insanların marağına səbəb olub. İnsanlar həmin təbiət hadisəsini lentə alıblar.