-
- 15-03-2019, 12:12
- 1 612
Afətin mahnısına görə işdən çıxarılan 5 tibb işçisi ilə bağlı YENİLİK
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin reaksiyası
Şəkidə Afət Fərmanqızının mahnısına video çəkən tibb bacıları işdən çıxarılıb.
News24.az xəbər verir ki, bu barədə tanınmış prodüser Tarix Əliyev şəxsi instagram hesabında məlumat verib. Hadisə Şəki Şəhər Mərkəzi Xəstəxanasında baş verib.
T.Əliyev tibb bacılarından biri ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. İşdən kənarlaşdırılan xanım yayılan xəbəri təsdiq edib. O, baş həkimin onları otağına çağırdığını və öz istəkləri ilə işdən kənarlaşdırılmaları üçün ərizə yazmaqlarını istəyib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov News24.az-a açıqlamasında bidirib ki, işdən çıxarılan şəxslərə ərizə məcburi şəkildə yazdırılıbsa, məhkəməyə müraciət edə bilərlər:
“Biz hüquqi dövlətdə yaşayırıq. Əgər dedikləri kimi, o ərizəni məcburi yazıblarsa, məhkəməyə müraciət etsinlər. Müəssisənin işçisi ilə müdir arasındakı problem həmişə məhkəmədə həll olunub, televiziyada yox.
İstənilən halda, işdən məcburi çıxarılan şəxs məhkəməyə müraciət etməli, hüquqlarının tapdanması barədə məlumat verməli və məhkəmə qərarı ilə də işə bərpa olunmalıdır. Yox, əgər məşhurlaşmaq istəyirsə, videonu sosial şəbəkələrdə, televiziyada yaya bilər.
Bu məsələnin nazirliyə heç bir aidiyyatı yoxdur. Çünki Şəki Şəhər Mərkəzi Xəstəxananın baş həkimi və 1400 işçisi var. İşçilərlə rəhbər münasibətində münaqişə yaranırsa, problem hüquq müstəvisində həll olunmalıdır”.