İşdən çıxarıldığı deyilən Akif Əli: “İşə gedirəm” - YENİLƏNİB
    • 15-03-2019, 13:32
    • 1 539

İşdən çıxarıldığı deyilən Akif Əli: “İşə gedirəm” - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad olunması barədə xəbərlər yayılıb.

News24.Az
bilridir ki, A.Əli yayılan xəbərlərə münasibət bildirib. O, açıqlama verərək, qeyd edib ki, Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün özü müraciət edib:
“Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyəti ilə məşğul olacağam”.



***12:31

Yerli KİV-də Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə xəbərlər yayılıb. 

News24.az-ın əməkdaşı xəbərin doğru olub-olmadığını öyrənmək üçün Akif Əli ilə əlaqə saxlayıb: “Hazırda işə gedirəm” deyərək, onunla yarım saat sonra əlaqə saxlanılmasını deyib. 

Qeyd edək ki, yayılan məlumatlara görə, baş nazir Novruz Məmmədov Akif Əlinin təqaüd yaşına görə işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb. 

Sevinc YASİNQIZI