Ermənilərin atəşə tutması nəticəsində Şuşada həlak olan mühəndisin FOTOSU
    • 19-09-2023, 17:54
    • 888

Ermənilərin atəşə tutması nəticəsində Şuşada həlak olan mühəndisin FOTOSU

Xəbər verdiyimiz kimi, Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhəri iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutulub. Törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb.

News24.az mərhumun fotosunu təqdim edir: