-
- 20-09-2023, 17:38
- 251
İran bir daha "qırmızı xətlər"indən danışdı: - Qafqaz ölkələrinin ərazi bütövlüyü...
“3+3 formatı Qafqaz regionunda mövcud problemlərin sülh yolu ilə həlli üçün ən yaxşı yoldur”.
News24.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Rza Aştiyani ilə görüşü zamanı deyib.
Şoyqu Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıqdan danışıb.
Rusiyanın müdafiə naziri Qafqazda baş verən son hadisələrlə bağlı İranın mövqeyini müdafiə edərək, üçüncü ölkələrin regionda mövcudluğunu tənqid edib.
Aştiyani isə İranın "qırmızı xətlər"ini bir daha xatırladıb. O vurğulayıb ki, Qafqaz ölkələrinin ərazi bütövlüyünü qorumaq İran üçün “qırmızı xətlər”dən biridir.
Ayşən