Soyunana 1500 manat veriləcək
    • 15-03-2019, 17:28
    • 986

Soyunana 1500 manat veriləcək

Azərbaycanda ilk dəfə olaraq «Miss Bikini Azerbaijan-2019» müsabiqəsi baş tutacaq.

News24.az-ın məlumatına görə, müsabiqənin ən əsas fərqliliyi ondan ibarətdir ki, layihənin mükafat fondu var, və qaliblər qiymətli mükafatlardan əlavə - pul mükafatı alacaqlar. Birinci yerə layiq görülən iştirakçı 1500 AZN, ikinci və üçüncü yerin sahibləri - 1000 və 500 AZN qazanacaqlar.

Artıq əminliklə deyə bilərik ki, Xəzər sahilində bu yay çox isti olacaq!

“Biz inanırıq ki, «Miss Bikini Azerbaijan» layihəsi ölkəmizin dəb müsabiqələrini yeni formata və yeni səviyyəyə çıxarmaqda irəli atılan bir addımdır. Bizim məqsədimiz dünya dəb nümayişlərində olan şounu Bakıda göstərməkdir. Finala hazırlıq vaxtı modellərlə professional xoreoqraflar, quruluşçu-rejissorlar, fotoqraflar və dizaynerlər məşğul olacaqlar. Müsabiqəyə 18-32 yaş arası xanımlar qatıla bilər”,- bunu müsabiqənin təşkilat komitəsi qeyd edib.

«Miss Bikini Azerbaijan-2019»-da iştirak üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında anket doldurulmaqla həyata keçiriılir:

http://www.missbikini.az/registration