Qubadlının futbol komandası YARADILDI
    • 21-09-2023, 12:08
    • 381

Qubadlının futbol komandası YARADILDI

Futbol üzrə Region Liqasında iştirak edəcək daha bir komandanın adına aydınlıq gəlib.

News24.az axar.az-a istinadən xəbər verir ki, “Xanlıq” 2023/24 mövsümündə adıçəkilən çempionatda yarışacaq. Yeni yaradılmış klub Qubadlı rayonunu təmsil edəcək.

Qeyd edək ki, yaxın günlərdə Region Liqasının bütün iştirakçıları dəqiqləşəcək. Mövsüm oktyabrda start götürəcək.

Xatırladaq ki, Qubadlıya qədər 2020-ci ildə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilanı təmsil edən klublar ölkənin müxtəlif liqalarında çıxış edirlər. Ağdam təmsilçisi “Qarabağ” isə Premyer Liqada mübarizə aparır.