İrəvanda 46 nəfər SAXLANILDI
    • 22-09-2023, 00:17
    • 284

İrəvanda 46 nəfər SAXLANILDI

İrəvanda polis hökumət binası yaxınlığında etiraz aksiyasında iştirak edən 46 nəfəri saxlayıb.

News24.az TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçıları saxlamaq üçün güc tətbiq edib - onları polis maşınlarına mindiriblər.

KİV-in məlumatına görə, Respublika meydanında vəziyyət gərgin olaraq qalır.

İrəvanın mərkəzi meydanında etirazçılar “Nikol satqındır” şüarı səsləndirirlər.

Nazirlər Kabinetinin binası yaxınlığında çəkilmiş görüntülərdə təhlükəsizlik qüvvələrinin girişi qoruyan bir neçə nəfəri izdihamın arasından çıxardığı görünür.

Etirazçılar təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar atıblar.