"Ukrayna ABŞ-la birlikdə silah istehsal edəcək" - ZELENSKİ
    • 22-09-2023, 12:36
    • 139

"Ukrayna ABŞ-la birlikdə silah istehsal edəcək" - ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında “uzunmüddətli razılaşma” olduğunu açıqlayıb.

“Mən prezident Bayden və onun komandası ilə görüşdüm. Yeni müdafiə paketi var: zenit müdafiəsi, artilleriya, mərmi, mühəndis avadanlıqları.

Uzunmüddətli razılaşma da var: biz birlikdə çalışacağıq ki, Ukrayna ABŞ-la birlikdə lazımi silahları istehsal etsin. Bu, bizim birliyimizin yeni səviyyəsidir”, - o deyib.

News24.az xəbər verir ki, Zelenski ABŞ-la müdafiə sənayesinin birgə istehsalı “tarixi hadisə” adlandırıb.

“İki ölkəmiz üçün yeni sənaye bazası, yeni iş yerləri. Xüsusilə, Ukrayna hava hücumundan müdafiə sistemləri istehsal edə biləcək”, - o əlavə edib.

Qeyd edək ki, sentyabrın 21-də ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya 128 milyon dollarlıq yeni təhlükəsizlik paketi, həmçinin 197 milyon dollarlıq silah və texnikanın verildiyini açıqlayıb.

Ayşən