"Hamıya dərs olsun!" - Zaxarova
    • 22-09-2023, 14:33
    • 363

"Hamıya dərs olsun!" - Zaxarova

“Qarabağ ətrafında bir çox gözləntilər Fransanın və şəxsən Prezident Emmanuel Makronun vasitəçiliyi ilə bağlı idi”.

News24.az xəbər verir ki, bu barədə  Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “RT France”yə açıqlamasında deyib.

“Görün bu, nəyə gətirib çıxardı? Paris vasitəçilik gündəminə mane olmağa çalışdı və Fransanın hamıdan, xüsusən də Rusiyadan daha yaxşı vasitəçilik edə biləcəyini söylədi. Rusiya vasitəçi kimi öz funksiyalarını yerinə yetirdiyi bir vaxtda nizamlanmaya doğru sülh yolu ilə irəliləmək üçün həqiqətən də yaxşı, fundamental əsaslar var idi. Qərb ideologiyası situasiyaya girməyə başlayan kimi hər şey dəyişdi”, - Zaxarova bildirib.

Zaxarovanın  sözlərinə görə, bu, Qərbin vasitəçiliyinə meyil edəcək hər kəs üçün dərs ola bilər:

“Axı Paris bu dəfə özünü birtəhər izah etmək üçün bir söz tapmağı belə lazım bilmədi. Axı son bir ildir ki, Paris ən azı rəsmi İrəvan baxımından əsas vasitəçi olduğunu daim deyir...”

Ayşən