Rusiyadan Fransanın "yardım" şousuna REAKSİYA
    • 30-08-2023, 16:06
    • 252

Rusiyadan Fransanın "yardım" şousuna REAKSİYA

“Biz dəfələrlə demişik ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan, təkrarlanmayan və üstəlik, bu səylərə xələl gətirməyən istənilən təşəbbüsləri alqışlayırıq”.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Fransa prezidentinin Bakı və İrəvan arasındakı vasitəçilik səylərini gücləndirmək təşəbbüsünə necə münasibət bəsləməsi” ilə bağlı sualı cavablandırarkən bildirib.

“Fransanın bu istiqamətdə fəaliyyəti hamıya məlumdur. Belə vasitəçilik səyləri çərçivəsində ilk növbədə münaqişənin hər iki tərəfinin - həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Bu olmadan, artıq kifayət qədər qızdırılmış vəziyyətin həllində hər hansı bir irəliləyişə inanmağa dəyməz. Bu, istənilən vasitəçiliyin alfa və omeqasıdır”, - Zaxarova bildirib.

Akqabay