-
- 22-09-2023, 15:39
- 254
İnteqrasiya prosesindən sonra Azərbaycanın gəlirləri artacaq
Qarabağdan inteqrasiya prosesinin həyata keçirilməsindən sonra Azərbaycanın ÜDM- i 0,8 faiz artacaq.
News24.az RBC-yə istinadən xəbər verir ki, Qarabağ təsirli sənaye potensialına malikdir. Burada ÜDM-in dörddə biri qızıl, gümüş, mis və tikinti daşlarının hasilatından əldə edilir. Həmçinin çoxsaylı yerli su elektrik stansiyaları elektrik enerjisini qonşu ölkələrə ixrac etməyə imkan verir.
2022-ci ildə Azərbaycanın ÜDM-i 78,7 milyard dollar təşkil edib. Qarabağın iqtisadiyyatı tam inteqrasiya olunarsa, Azərbaycan iqtisadiyyatı əlavə olaraq 0,8 faiz artacaqdır.
Xatırladaq ki, sentyabrın 20-də Azərbaycan antiterror əməliyyatına başladıqdan sonra Ermənistan rəsmi olaraq Qarabağ ərazisinə iddialarından və nizamlanma prosesində iştirakdan imtina edib. İndi tərəflər sülh müqaviləsi və Dağlıq Qarabağın erməni əhalisinin sosial-iqtisadi reinteqrasiyası planı hazırlayır.
Qumral