-
- 14-04-2022, 15:17
- 1 533
“Qarabağın bərpası üçün xaricdən BORC ALINMAYIB” – Vüqar Bayramov
“2021 və 2022-ci ildə işğaldan azad edilən ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Artıq o vəsaitin yarıdan çoxu infrastrukturun formalaşması üçün istifadə olunub. 2022-ci ildə də 2.2 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Bütövlükdə işğaldan azad edilən ərazilərimizdə infrastrukturun qurulması, məskunlaşma ilə bağlı həyata keçirilən işlər daxili maliyyə mənbələrinin hesabına reallaşdırılır. Hələlik xaricdən hər hansı bir maliyyə yardımı alınmayıb”.
Bunu News24.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
O bildirib ki, 2022-ci il Qarabağa böyük qayıdışın başlanğıcı kimi yadda qalacaq: “Bu il Zəngilanda ilk məskunlaşma prosesi reallaşacaq. Ümumən işğaldan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra təxminən 5 milyar manata yaxın yeni dəyər qazandıracaq. Bu isə Azərbaycan iqtisadiyyatının təqribi 8 faiz əlavə olaraq formalaşmasına imkan verəcək. İnfrastrukturun qurulması və məskunlaşma prosesindən sonra artıq işğaldan azad edilən ərazilərimizin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesi başlayacaq. Bu da təbii ki, iqtisadiyyatımızın inkişafı baxımından vacib amil hesab olunur”.
Qumral Əliyeva
Foto: Nicat Niftəliyev