"MDB ölkələrində yerləşdiriləcək" - RUSİYANIN NÖVBƏTİ PLANI
    • 22-09-2023, 18:30
    • 209

"MDB ölkələrində yerləşdiriləcək" - RUSİYANIN NÖVBƏTİ PLANI

"MDB ölkələrində raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır".

News24.az xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini, general-polkovnik Yuri Qrexov məlumat verib.

General bildirib ki, MDB-yə üzv dövlətlərin hava hücumundan müdafiə qüvvələrinin gələcəyə hesablanmış zenit və raket əleyhinə müdafiə sistemləri ilə silahlanması planlarının hazırlanması və həyata keçirilməsi davam edir.

Onun sözlərinə görə, bu tədbirlər kollektiv təhlükəsizlik regionlarında regional hava hücumundan müdafiə sistemlərinin yaradılmasına dair dövlətlərarası sazişlərin və MDB-nin hava hücumundan müdafiə sistemi çərçivəsində əməkdaşlığın beynəlxalq hüquqi bazasının praktiki icrasını başa çatdırmaq məqsədi daşıyır.

Həmin ölkələrə Rusiya ilə yanaşı, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın daxil olduğu ehtimal edilir.

 

Ayşən