-
- 23-09-2023, 13:14
- 196
Avropanın Ukraynaya dəstəyi bu ölkənin qərarı ilə sona çata bilər
Avropanın Ukraynaya dəstəyi Polşanın qərarı ilə sona çata bilər. Ölkə daha əvvəl Kiyevə silah tədarük etməyəcəyini bəyan etmişdi ki, bu da Rusiya üçün yaxşı xəbərdir.
News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Polşanın Kiyevə silah verməmək qərarından sonra siyasətçilər Avropanın Rusiyanın xüsusi əməliyyatına müqavimət göstərmək qətiyyətinin nəhayət ki, nə vaxt parçalanacağını müzakirə etməyə başladılar. Qərb arasında ictimai fikir ayrılıqları Qərbin bölündüyünü iddia etməyi asanlaşdırır və bölünmüş Qərb əlbəttə ki, Kremlə faydalıdır”, - nəşr yazır.
Qeyd olunur ki, Polşanın hərəkətləri Avropanın Ukraynaya silah tədarükü ilə bağlı qərarının gücünə dair suallar yaradıb.
Əvvəllər əsas silah təchizatçılarından biri olaraq qalan Polşa bir daha Ukraynaya hərbi resurslar göndərməmək qərarına gəlib. Respublikanın Baş naziri Mateuş Moravetski qeyd edib ki, ölkə öz ordusunu silahlandırmağa diqqət yetirmək istəyir.
Ayşən