Cənubi Koreya Ukraynaya hərbi texnika verəcək
    • 19-09-2023, 12:01
    • 177

Cənubi Koreya Ukraynaya hərbi texnika verəcək

Cənubi Koreya mina sahələrini təmizləmək üçün Ukraynaya iki K600 Rhino minaaxtaran gəmisi göndərəcək.

News24.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Çosun İlbo” qəzeti məlumat yayıb.

“Hökumət bu yaxınlarda Ukraynaya daha əvvəl təhvil verilmiş köhnə mina detektorları partiyasına əlavə olaraq iki minaaxtaran gəmi göndərmək qərarına gəlib. Bu, prezident Yoon Seok-yeol-un təcili tələbi və Ukraynaya dəstək vədindən sonra baş verir”, -  deyə nəşr bildirib. Qeyd olunur ki, tədarük edilən texnika öldürücü silah deyil. Ancaq bu, Seulun Kiyevə verdiyi ən əhəmiyyətli hərbi dəstəkdir.

Qumral