Polşa Ukraynaya “Leopard 2” tankları göndərdi
    • 24-02-2023, 17:07
    • 251

Polşa Ukraynaya “Leopard 2” tankları göndərdi

Polşa bu gün Ukraynaya “Leopard 2” tankları göndərib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Polşanın müdafiə naziri Mariuş Blaşak açıqlayıb. 

O bildirib ki, bu, Ukraynaya göndərilməli olan 14 tankın ilk partiyasıdır. İlk partiyaya 4 ədəd tank daxildir. 

Qeyd edək ki, Moravetski bu gün Ukraynanın paytaxtı Kiyevə rəsmi səfər edib.

Qumral Əliyeva