-
- 23-09-2023, 22:32
- 228
Qurani-Kərimə edilən hücumlara Türkiyə XİN-dən SƏRT REAKSİYA
Türkiyənin Hollandiyanın Haaqa şəhərindəki səfirliyi qarşısında Qurani-Kərimə edilən hücuma Türkiyə Xarici İşlər Nazirliyi sərt reaksiya verib.
News24.az xəbər verir ki, Türkiyə XİN-nin Qurani-Kərimi hədəf alan hücumları pisləndiyi bəyanatında qeyd olunub:
“Birləşmiş Millətlər Təşkilatı tərəfindən dini nifrət və beynəlxalq hüququn pozulması kimi qəbul edilən bu təxribatlara qarşı artıq təsirli tədbirlər görülməlidir. Dinimizi və dindarları aşağılamağa çalışan bu təxribatçı hücumların Avropa ölkələrində getdikcə daha çox yayılmasını pisləyirik. Onlara tolerantlıq göstərildiyi üçün və bu nifrət hərəkətlərinə ifadə azadlığı adı altında icazə verilir. Hollandiya səlahiyyətlilərini bu dəhşətli hadisələrin təkrarlanmaması üçün tədbir görməyə çağırırıq.”.