-
- 24-09-2023, 17:36
- 540
Qənirə Paşayevaya diaqnoz qoyuldu - VİDEO
Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub.
News24.az xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib: “Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Ətraflı RTV-nin süjetində: