İran nüvə sazişini bərpa etməkdə qərarlıdır – İran XİN
    • 24-09-2023, 18:43
    • 177

İran nüvə sazişini bərpa etməkdə qərarlıdır – İran XİN

"İran ölkənin nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etməkdə qərarlıdır".

News24.az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə deyib.

ABŞ ilə məhbus mübadiləsi və İranın Cənubi Koreyadakı dondurulmuş aktivlərinin blokdan çıxarılmasından danışan İran xarici işlər naziri qeyd edib: "BMT-nin baş katibi ilə JCPOA ilə bağlı hər zaman səmərəli məsləhətləşmələr aparırıq. Əgər sövdələşmənin digər tərəfləri hazırdırsa, biz JCPOA-nı bərpa etməyə çox qərarlıyıq".

Qeyd edək ki, JCPOA 2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında imzalanıb. ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2018-ci ildə müqavilədən çıxdığı halda, hazırkı prezidenti Co Bayden razılaşmanı bərpa etməyə hazır olduğunu bildirmişdi. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa 2021-ci ilin aprel ayından İranla sazişi bərpa etmək üçün danışıqlar aparır.