Bennu asteroidindən nümunə götürən Osiris-Rex - YERƏ ÇATDI

Bennu asteroidindən nümunə götürən Osiris-Rex - YERƏ ÇATDI Hadisə

ABŞ Aerokosmik Agentliyinin (NASA) kosmik gəmisi Osiris-Rex Bennu adlı asteroiddən nümunələr götürdükdən sonra 7 illik səyahətini tamamladıqdan sonra Yerə qayıdıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Osiris-Rex kosmik gəmisi nümunə kapsulunu 100 min kilometr məsafədən yerə atıb və kapsul 4 saat sonra paraşütlə Yuta səhrasına enib.

Nümunələr araşdırılmaq üçün sabah NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzinə göndəriləcək.

Nümunələri missiyaya rəhbərlik edən Arizona Universitetindən Dante Lauretta müşayiət edəcək.