-
- 25-09-2023, 17:31
- 228
Qazaxıstan və Ermənistanın KTMT-dən çıxmaq üçün danışıqlar aparır?
Ermənistan və Qazaxıstan KTMT-dən çıxmaq üçün danışıqlar aparmır.
News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiarov məlumat verib.
Bundan əvvəl Qazaxıstan və Ermənistanın KTMT-dən çıxmaq üçün danışıqlar apardığı barədə məlumat yayılmışdı.
“Məlumat yayılır ki, guya Qazaxıstan və Ermənistan danışıqlar aparır. Bu dezinformasiyadır. Bir neçə gün əvvəl KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü baş tutub. Həmin vaxt təşkilatın gələcək inkişaf yolları, həmçinin bu qurum daxilində hansı qarşılıqlı fəaliyyətin olması müzakirə edilib. Ona görə də biz bu istiqamətdə işləyirik”, - Smedyarov bildirib.
Akqabay